Modern.az

Paytaxtdakı tüneldə 12 avtomobil toqquşdu - FOTOLAR

Paytaxtdakı tüneldə 12 avtomobil toqquşdu - FOTOLAR

Aktual

15 Sentyabr 2016, 00:29

Axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib. Modern.az saytı "Report"a istinadən  xəbər verir ki, yeraltı yol ötürücüsündə 12 avtomobil toqquşub.

İlkin məlumata görə, qəzaya "MAN" markalı yük maşınını idarə edən Xaliq İbrahimovun sükan arxasında yuxulaması səbəb olub.

Qəza zamanı yük maşını sürət həddini aşıb. Nəticədə "MAN"la yanaşı, 3 "Mercedes", həmçinin, "Nissan", "Lexus", "Priora", BMW və 4 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Qəza nəticəsində tuneldə təqribən 1 saatdan çox sıxlıq yaranıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı