Modern.az

Prezidentliyə namizəd gizli xidmətdən pul alıb

Prezidentliyə namizəd gizli xidmətdən pul alıb

Aktual

23 Sentyabr 2016, 19:13

ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Tramp ölkənin Gizli xidmətindən seçki kampaniyasını aparmaq üçün 1,6 milyon dollar alıb. Modern.az xarici mediaya istinadən bildirir ki, federal seçki komissiyasının məlumatına görə, bu pul milyarderin şəxsi hava şirkətinin təyyarələri ilə uçuş zamanı onun təhlükəsizliyini təmin edən mühafizə əməkdaşlarının əmək haqqı kimi ödənilib.

Məlumatda qeyd edilir ki, ABŞ Gizli xidmətinin bu cür praktikası daimi xarakter daşıyır.

 

Yeri gəlmişkən, bu xidmər demokratların prezidentliyə namizədi Hillari Klinton üçün 2,6 milyon dollar ödəyiblər.

 

Digər məlumata görə, Tramp üçün ayrılan pul onun öz cibinə gedib. Çünki xidmətindən istifadə etdiyi TAG Air hava şirkəti onun özünə məxsusdur.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı