Modern.az

MSK referendumun yekun nəticəsini elan etdi

MSK referendumun yekun nəticəsini elan etdi

Aktual

11 Oktyabr 2016, 16:50

 

Mərkəzi Seçki Komissiyasının Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin elan edilməsi ilə bağlı iclası keçirilib.

Modern.az xəbər verir ki, MSK iclasında referenduma yekun vurulması və yekunlarıelan edilməsi barədə qərar qəbul edib.

 

Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.

 

Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi  baş tutmuş sayılaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin. Referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı