Türkiyənin Hakkari vilayətinin Təkəli kəndi yaxınlığında PKK terrorçularının yola döşədikləri əldəqayırma partlayıcı qurğu işə düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə yoldan keçən hərbi maşın partlayıb, 4 hərbçi yaralanıb.
Digər partlayış hadisəsi isə Vanın Başqala rayonunda baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 8 hərbçi xəsarət alıb.
Bölgədə irimiqyaslı antiterror əməliyyatları başlayıb.
Mirmahmud KAZIMOĞLU