Modern.az

Heydər Əliyev prospektində meyit tapıldı

Heydər Əliyev prospektində meyit tapıldı

مورد توجه

19 Dekabr 2016, 11:24

Dekabrın 17-də saat 10 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Əlövsət Əliyevin üzərində zorakılıq əlamətləri görünən meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Nizami RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Ə.Əliyevin həmin gün saat 07 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində paytaxt sakini Azər Əbiyevin idarə etdiyi "KİA" markalı avtomobillə vurulması nəticəsində xəsarət alması, avtobusa oturaraq H.Əliyev prospektinə getməsi və orada ölməsi müəyyən edilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı