Modern.az

Prezidentin Davosda 30-a yaxın görüşü olacaq

 Prezidentin Davosda 30-a yaxın görüşü olacaq

Güncel

17 Yanvar 2017, 11:59

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq.

Modern.az saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Facebook-dakı səhifəsində yazıb.

N.Məmmədov qeyd edib:

"Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir. Dövlətimizin başçısının 30-a yaxın görüşü olacaq. Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu, diqqəti daha çox cəlb edir".

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı