Qubanın Xınalıq kəndində yerləşən Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbə yeni direktor təyin olunub. Bu barədə Modern.az-a yeni təyin olunan direktor Yunis Dəmirov məlumat verib.
O bildirib ki, direktor vəzifəsini müvəqqəti olaraq icra edir.
“Quba rayon Təhsil Şöbəsi tərəfindən Xınalıqdakı məktəbə direktor təyin olunmuşam. Direktor kimi fəaliyyət göstərməyim üçün Təhsil Nazirliyinin də rəsmi qərarını gözləyirik”.
Yunis Dəmirov, həmçinin, 25 ildir ki, bu məktəbdə müəllim işlədiyini söyləyib.
“1968-ci ildə Xınalıqda anadan olmuşam. Nəsrəddin Tusi adına Pedaqoji Universiteti əlaçı olaraq bitirmişəm. 25 ildir ki, bu məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. Ötən ilin dekabr ayının 15-də Təhsil şöbəsi tərəfindən məktəbə direktor təyin olunmuşam”.
Qeyd edək ki, məktəbin əvvəlki direktoru Ənvər Hacıməmmədov olub. Ənvər müəllim, saytımıza açıqlamasında təqaüdə öz istəyi ilə çıxdığını deyib.
“Təqaüdə öz istəyimlə çıxmışam. 68 yaşım var. Direktorluqdan isə Təhsil Şöbəsi tərəfindən çıxarılmışam. Hal-hazırda məktəbdə sıravi müəllim kimi çalışıram”.
Namidə BİNGÖL