Modern.az

Aksiyada jurnalistlərlə bağlı insident qeydə almayıb

Aksiyada jurnalistlərlə bağlı insident qeydə almayıb

Aktual

8 Aprel 2017, 21:51

Mətbuat Şurası müxalifət qüvvələrinin formalaşdırdıqları Milli Şuranın bu gün metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, bu iş Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən həyata keçirilib. Qrup aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insident qeydə almayıb. Eyni zamanda prosesdə iştirak edən jurnalistlərdən də müraciət daxil olmayıb.

 

Monitorinq qrupu, həmçinin, mitinqdə jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılan şəraiti də nəzərdən keçirib. Mövcud istiqamətdə də hər hansı nöqsan nəzərə çarpmayıb.

 

Jurnalistlər, əsasən, üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Bununla belə bu zəruri tələbə əməl etməyən kütləvi informasiya vasitələri təmsilçiləri də müşahidə edilib.

Mətbuat Şurası bildirir ki ki, kütləvi aksiyaları işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmamaları yarana biləcək insidentlər zamanı onların hüquqlarının qorunmasını məhdudlaşdırır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı