Rusiya Xarici İşlər Nazirliyinin rəsami nümayəndəsi Mariya Zaxarova həmsədrlərin regiona səfəri ilə bağlı açıqlama verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə həftəlik brifinqdə deyib.
“Həmsdərlərin regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual problemləri, həmçinin aprelin 28-də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvadakı görüşündə toxunulan mövzulardan danışılacaq”.
Zaxarova səfərin yekununda müvafiq bəyannamənin veriləcəyini də əlavə edib.
Vüqar İSMAYILOV