Modern.az

Avronest PA-nın Tbilisi iclasında vərəmə qarşı mübarizə diqqətdə olacaq

Avronest PA-nın Tbilisi iclasında vərəmə qarşı mübarizə diqqətdə olacaq

Güncel

11 Fevral 2018, 15:43

Fevralın 13-də Tbilisidə Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər komitəsinin növbəti iclası keçiriləcək. İclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçılərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın sosial məsələlər komitəsinin həmsədri Məlahət İbrahimqızı söyləyib.

 

O deyib ki, Milli Məclisin deputatları hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək, təqdimatlarla çıxış edəcəklər. Azərbaycan həm qeyri-formal əməkçilərin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır.

 

Avronest PA-nın komitə iclasında Məlahət İbrahimqızı və deputat Sədaqət Vəliyeva məhz bu məsələləri diqqətə çatdıracaq, eləcə də regiondakı məsələlərə münasibət bildirəcəklər.

 

Xatırladaq ki, Avronest PA-nın fevralın 12-13-də Tbilisidə keçiriləcək komitə iclaslarında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı