Modern.az

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

Güncel

18 Avqust 2018, 23:57

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. Modern.az xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

 

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı