Modern.az

Çempionlar Liqasında daha 3 klub qrup mərhələsinə adladı  

Çempionlar Liqasında daha 3 klub qrup mərhələsinə adladı   

Aktual

29 Avqust 2018, 08:49

Ötən gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start verilib.

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 
AEK öz meydanında “Videoton”u qəbul edib. İlk görüşdə səfərdə qələbə qazanan Yunanıstan klubu bu dəfə heç-heçə sayəsində ÇL-in qrup mərhələsin yüksəlib.

Zaqreb “Dinamo”su doğma divarlar arasında “Yanq Boyz”la üz-üzə gəlib. İsveçrədə keçirilən ilk görüşdə tərəflər 1:1-lik bərabərliyə razılaşıblar. Xorvatlar matça qolla başlasalar da, 2-ci hissədə 2 qol vuean "Yanq Boyz" qalib glib.

Kiyev “Dinamo”su isə “Ayaks”la qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 

Bu gün daha 3 oyun keçiriləcək.

UEFA Çempionlar Liqası


Pley-off mərhələsi, cavab oyunları

28 avqust 

AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1
Qollar:
 Mantalos, 48-pen (1:0), Nego, 57 (1:1)
İlk oyun - 2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2
Qollar: 
Hajroviç, 7 (1:0), Hoarau, 64-pen (1:1); 66 (1:2)
İlk oyun - 1:1

“Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0
İlk oyun 
- 1:3

29 avqust

23:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
İlk oyun - 1:1

23:00. PSV (Hollandiya) - BATE (Belarus)
İlk oyun - 3:2

23:00. “Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:0

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı