Bakı şəhər sakininin 22000 manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılıb.