Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Güncel

19 Sentyabr 2018, 23:44

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 80,66 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,75 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 79,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 77,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 79,1 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı