Modern.az

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsal olunacaq

Current

3 Oktyabr 2018, 16:20

Azərbaycanda elektromobil istehsal olunacaq. Modern.az xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev bildirib. Onun sözlərinə görə artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.


Bundan başqa, Naxçıvan avtomobil zavodunda “LİFAN miniven”lərinin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin istehsalı da nəzərdə tutulur. 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı