Modern.az

Dizaynı ilə diqqət çəkən yeni telefon

Dizaynı ilə diqqət çəkən yeni telefon

Güncel

5 Oktyabr 2018, 21:26

Bu günlərdə texnologiya gündəmində olan smartfonlardan biri  də Nokia 7.1 nəhayət rəsmi satışa çıxarıldı.  Telefon HMD qlobal dizaynı və münasib qiyməti ilə diqqəti cəlb edir. Modern.az xəbər verir ki, istifadəçi seçiminə görə 3 GB və ya 4 GB RAM dəstəklənən Nokia 7.1  iki fərqli- 32 GB və 64 GB yaddaşa malikdir

5,85 düymlü PureDisplay texnologiyasına  və  1080 x 2280 piksel ekrana malik Nokia 7.1 Gorilla Glass 3 texnologiyası ilə qorunur.

12MP + 5MP ikili ana kamera modulu telefonun arxasındadır. Ön tərəfdə Aİ köməkçi üz tanıma ilə 8MP selfie kamera var. Kamera tərəfində  Zeiss-daşıyıcı qurğuya malik telefon 3060 mAh-lik orta batareya ilə təchiz edilib.

Nokia 7.1 yalnız yarım saatda 50 faizə qədər batareyanı doldura bilir.

Qutudan çıxdıqda, Android 8.1 Oreo ilə gələn cihaz noyabr ayında Android 9 Pie versiyasına yüksələcək.

Telefonun satış qiyməti 349 dollardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı