Modern.az

Cənubi Koreyadan olan məmur Özbəkistanda yüksək vəzifəyə gətirildi  

Cənubi Koreyadan olan məmur Özbəkistanda yüksək vəzifəyə gətirildi   

Aktual

13 Fevral 2019, 01:55

Özbəkistan baş nazirinin müavininin səhiyyə və sosial inkişaf məsələləri üzrə müşaviri, həmçinin səhiyyə nazirinin müavini vəzifəsinə Cənubi Koreyadan olan məmur Donqvuk Li gətirilb.

Modern.az Özbəkistan mediasına istinadən xəbər verir ki. ölkə prezidenti Şavkat Mirziyayev bu təyinatla bağlı müvafiq qərar imzalayıb. Xəbər Səhiyyə Nazirliyinin saytında da yerləşdirilib.

 

Donqvuk Li qabaqcıl xarici təcrübənin Özbəistanda tətbiqi üzrə təkliflərin hazırlanması və səhiyyə sahəsində islahatların həyata keçirilməsinə məsul olacaq. Həmçinin yeni nazir müavini qarşısında dövlət-özəl tərəfdaşlığının və tibbi turizm ən yaxşı təcrübələrin tətbiqi, yayılması, icbari tibbi sığortanın tətbiqi səhiyyə təşkilatının maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi üzrə də vəzifələr durur.

 

Bu təyinata qədər Donqvuk Li Koreya Respublikasının səhiyyə və sosial müdafiə nazirinin demoqrafiya siyasəti üzrə müavini vəzifəsində çalışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı