Modern.az

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR  

AvroLiqada 1/8 finalın püşkü atıldı - RƏQİBLƏR   

Güncel

22 Fevral 2019, 16:39

İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün  1/8 final mərhələsinin püşkü atılıb.

Modern.az xəbər verir ki, püşkün nəticələrinə əsasən,  1/8 finalda aşağıdakı oyunlar keçiriləcək:


“Çelsi” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna);

“Ayntraxt” (Frankfurt, Almaniya) - “İnter” (İtaliya);

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Benfika” (Portuqaliya);

“Napoli” (İtaliya) - “Zaltsburq” (Avstriya);

“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya);

“Sevilya” (İspaniya) - “Slaviya” (Praqa, Çexiya);

“Arsenal” (İngiltərə) - “Renn” (Fransa);

“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya).


 1/8 final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı