Modern.az

ÇARPIŞMA...

ÇARPIŞMA...

Актуально

1 Mart 2019, 15:19

Yuxudan oyanmışdım,əvvəl yerimdən qalxmaq istəsəm də,sonra tənbəllik elədim,“ beş dəqiqə də yatım,duraram” deyə fikirləşib yorğanıma bərk- bərk büküldüm. Yuxuya yenidən nə vaxt getdiyimi hiss etmədim. Kənddəki evimizdəydim. İç-içə tikilmiş, otaqların ən axırıncısında mətbəximiz yerləşirdi. Bir bir otaqları keçib mətbəxə girdim.Mətbəxin pəncərəsinin qabağında qoyulmuş, üstünə uzun saçaqlı süfrə salınmış böyük dəyirmi mizin yanına çatanda dayandım.Mənə elə gəldi ki,mizin altında kimsə gizlənib. Süfrənin saçaqlarının arasından bir cüt yaşıl göz mənə zillənmişdi. Əvvəlcə onu qonşumuz Dilbərin göy gözlərinə bənzətdim,gülümsəyib süfrəni qaldırmaq istədim,yəqin mənimlə zarafat edir deyə fikirləşdim. Birdən mizin altından göy gözlü, ətəkləri yerlə sürünən qara əba geymiş,sarı bənizli biri üstümə atıldı. Əvvəl nə baş verdiyini anlamadlm,mənə hücum edəcəyini gözləmirdim. Qaraçuxalının fikri ayrıydı, o əlindəki iynəni əlimin üstünə sancmaq istəyirdi.Onunla əlbəyaxa olmuşdum,bir əliylə əlimi tutub o biri əlindəki iynəni sancmağa fürsət axtarırdı. Onun boyu çox ucaydı,həm də qüvvətliydi,ona gücüm çatmırdı.Gah o mənə,gah da mən ona güc gəlirdik.Onunla çarpışa- çarpışa fikirləşirdim: “ ilahi,axı bu kimdir,məndən nə istəyir,iynəsini niyə əlimə sancmaq istəyir”. Qaraçuxalı sanki fikrimdən keçənləri oxudu. “ bu iynəni əlinə sancsam,mənim tərəfimə keçəcəksən,mənə qulluq edəcəksən” Mən onun səsini eşitmədim,amma bunu mənə necə başa saldı,onu başa düşə bilmədim.

 

Barmaqlarını barmaqlarımın arasına keçirmişdi,gücüm tükənirdi,qışqırmaq istəsəm də səsim çıxmırdı. O,məni üstələmişdi, filmlərdəki kimiydi, əllərimi qanırıb, yerə sıxmağa çalışırdı, əlindəki iynənin ucu artıq əlimin dərisinə toxunub cızırdı. Gerdikcə gücsüzləşirdim, təslim olurdum, köməyə çağırmaq istəyirdim,amma kiminsə adını çəkmək ağlıma gəlmirdi,yadıma salmağa çalışırdım,kimi çağırım, kimi, məni bu qaraçuxanın əlindən alsın. Qaraçuxalı istədiyinə çatırdı,üzündə iyrənc məmnun ifadə görünürdü,qələbə onunkuydu,mən məğlub olurdum.

 

Mənim ağ bayrağım yıxıldığım yerdən qaraçuxalının başı üstünə qalxırdı.Gözlərimi yumdum,iynəsini sancmağı gözləyirdim,indi sancılacaq ağrını hiss edirdim.Mətbəxin qapısı tərəfdən titrəyən,təlaşlı bir səs eşitdim:

 

Sara xala,qorxma,”ixlası” de! Qaraçuxalıyla ikimiz də dönüb səs gələn tərəfə baxdıq.Qapının yanında balaca,qıvrım saçlı oğlan uşağı dayanmışdı.

 

Bu,uzaq qohumlarımızdan birinin uşağıydı,ürək çatışmazlığıyla doğulmuşdu,onu üç yaşına kimi əməliyyat etdirməsəydilər,körpə tələf olacaqdı.Ailələri çox kasıb olduğundan, çarəsiz idilər,lazım olan pulu tapa bilmirdilər.

 

Mən onun əməliyyat olunçası üçün lazım olan pulu tapmaqda onlara kömək eləmişdim. Uşaq ölümün bir addımlığından dönmüşdü.

 

Bayaqdan nitqim batmışdı,səsim çıxmırdı,birdən birə səsim açıldı,uşağın yadıma saldığı kəlmələri birnəfəsə dedim.Qaraçuxalı məni buraxdı,bir anda gözümün qabağından yox oldu.

 

Gözümü açdım,səhər çoxdan açılmışdı,pəncərəmdən günəşin içəri süzülən şüaları yuxumu qaçırtdı, bu gün görəcəyim işləri fikirləşdim,mənim hələ görüləsi nə qədər işlərim vardı...

 

SARA İBRAHİM

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı