Modern.az

"Barselona"dan 120 milyonluq transfer

Aktual

17 Mart 2019, 17:00

"Barselona" "Atletiko"dan Antoine Qrizmannın transferi üçün yenidən hərəkətə keçib.

 

Modern.az xəbər verir ki, bundan əvvəl 100 milyon avroluq təklifi qəbul olunmayan Kataloniya klubu yeni təklif hazırlayıb. Fransanın "L`Equipe" nəşrinin məlumatına görə, "Barselona" futbolçunun özünə 2024-cü ilədək müqavilə və illik 16 milyon avro maaş təklif edəcək.

 

Kataloniyalılar həmçinin "Atletiko"ya 120 milyon avro təklif edəcək. "L`Equipe" iddia edib ki, bu təklif böyük ehtimalla qəbul olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı