Modern.az

534 kiloqram mənşəyi məlum olmayan ət aşkarlandı

534 kiloqram mənşəyi məlum olmayan ət aşkarlandı

Güncel

29 Mart 2019, 09:54

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi , eləcə də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  birgə keçirilən növbəti tədbir nəticəsində insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısı alınıb.

 

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.    

 

Daxil olan məlumat əsasında martın 28-də Ağdaş rayonu Yuxarı Ləki kənd ərazisində keçirilmiş birgə tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Şirin Kərimlinin idarə etdiyi “ Ford” markalı avtomobil saxlanılıb.

 

Həmin avtomobilin yük yerinə baxış keçirilən zaman 534 kq çəkidə mənşəyi məlum olmayan ət aşkar olunaraq götürülüb. 

 

Ətdən götürülən nümunələr  Qida Təhlükəsizliyi Agentliyinin laboratororiyasına göndərilib.  Ş. Kərimli izahatında  həmin əti satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini  bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı