Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökümətindən məlumat yayılıb.
Məlumata görə, Kraliça II Yelizaveta tərəfindən təyin edilən yeni səfir Ceyms Şarp bu vəzifədə diplomatik fəaliyyətdən istefaya gedən Kerol Kroftsu əvəz edəcək.
Qeyd edək ki, Ceyms Şarp vəzifəyə 2019-cu ilin iyul ayında başlayacaq.