Modern.az

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı

Güncel

20 Aprel 2019, 20:44

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun 55 km-də rayonun Bunut kənd ərazisində qeydə alınıb.

Qəbələ istiqamətində hərəkətdə olan BMW markalı minik maşını qarşı tərəfdən gələn "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sərnişini  dünyasını dəyişib. BMW-də isə Bakı şəhərindən olan sərnişinlər – 1995-ci il təvəllüdlü Osmanlı İlkin Heydər oğlu, 1995-ci il təvəllüdlü Nəcəfzadə Ruslan Aydın oğlu və 1996-cı il təvəllüdlü Nəbiyev Elçin Yaşar oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Qəbələ Müalicə Diaqnostika Mərkəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı