Modern.az

Gürcüstan Prezidentinə impiçment tələbi ilə aksiya keçirildi

Gürcüstan Prezidentinə impiçment tələbi ilə aksiya keçirildi

Aktual

2 May 2019, 19:11

Gürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” vətəndaş hərəkatının üzvləri Prezident Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə aksiya keçiriblər.

 

“Report” xəbər verir ki, aksiya “Prezidentə qırmızı kart” şüarı altında baş tutub.

İştirakçılar bildiriblər ki, S.Zurabişvilinin son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub.

“Rusiya işğalçıdır” vətəndaş hərəkatı eyni tələb və şüarla mayın 4-də Tbilisidə prezidentin Atoneli küçəsində yerləşən iqamətgahının qarşısında da aksiya keçirəcək.

 

Təşkilatçıların bildirdiyinə görə, S.Zurabişvilinin son bəyanatı dövlət əleyhinədir və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşür.

Qeyd edək ki, ötən gün S.Zurabişvili “Amerikanın səsi”nin gürcü dilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı