Modern.az

“Ayaks”-“Tottenhem”: Çempionlar Liqasında ikinci finalçı kim olacaq?

“Ayaks”-“Tottenhem”: Çempionlar Liqasında ikinci finalçı kim olacaq?

Актуально

8 May 2019, 08:15

Bu gecə UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Modern.az xəbər verir ki, Hollandiyanın "Ayaks" və İngiltərənin "Tottenhem" klubları həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfindədir.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.


8 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu


23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:0


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı