Modern.az

Azay Quliyev amerikalı vitse-prezidenlə görüşüb

Azay Quliyev amerikalı vitse-prezidenlə görüşüb

Aktual

12 Yanvar 2012, 18:04

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin MDB ölkələri üzrə vitse-prezidenti xanım Natali Burjali ilə görüşüb.

Modern.az-a verilən məlumata görə, görüşdə Şura tərəfindən hazırlanmış “Sosial Sifariş haqqında”, “Peşə Cəmiyyətləri haqqında”, “İctimai İştirakçılıq haqqında” qanun layihələri və Korporativ Sosial Məsuliyyət Xartiyasının konseptual mahiyyəti və beynəlxalq təcrübədəki yeri haqqında geniş fikir mübadiləsi aparılıb. Xanım N.Burjali  Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin bu sənədlərlə bağlı rəy və təkliflərini Şura sədrinə çatdırıb.           

A.Quliyev qarşılıqlı əməkdaşlıq çərçivəsində sənədlər üzərində aparılmış təhlilə görə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin rəhbərliyinə təşəkkür edib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı