Modern.az

Bakı Ali Neft Məktəbi əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir

Bakı Ali Neft Məktəbi əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edir

Aktual

1 Avqust 2019, 11:17

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, 16-24 sentyabr 2019-cu il tarixlərində keçiriləcək Yay məktəbi  “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq. 

 

 Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, Yay məktəbinə 35 iştirakçı qatılacaq.

 

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər. 

 

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı