Modern.az

“Sədərək” Ticarət Mərkəzində 700 kvadratmetr sahə yandı - YENİLƏNİB

“Sədərək” Ticarət Mərkəzində 700 kvadratmetr sahə yandı - YENİLƏNİB

Güncel

4 Avqust 2019, 20:01

"Sədərək" Ticarət Mərkəzindəki yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur. Yanğın zamanı müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahə yanıb. Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək".

Modern.az  xəbər verir ki, bunu  jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.


E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək". 

 

***

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı