Modern.az

Bakıda maşın qarşı yola çıxıb qəza törətdi: ölən və yaralanan var

Bakıda maşın qarşı yola çıxıb qəza törətdi: ölən və yaralanan var

مورد توجه

25 Noyabr 2019, 00:12

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, avtoqəza Bayıl şosesində qeydə alınıb.

Musayev Anar İlham oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla Namiq Soltanovun idarə etdiyi “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü A.Musayev dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı