Modern.az

Nəqliyyat vasitəsinin istifadəsinə dair etibarnamələr elektron qaydada veriləcək

Nəqliyyat vasitəsinin istifadəsinə dair etibarnamələr elektron qaydada veriləcək

Güncel

25 Noyabr 2019, 11:29

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ədliyyə Nazirliyi ilə birgə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin verilməsi xidməti elektronlaşdırıb və hazırda test mərhələsindədir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

 

Onun sözlərinə görə, xidmətin yaxın günlər ərzində vətəndaşların istifadəsinə verilməsi təmin ediləcək: “Hazırda bu tipli bir sıra xidmətlərin elektronlaşdırılması ilə bağlı işlər aparılır”, - deyə C. Salmanov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı