Modern.az

Ölkədə əmək haqqı fondu 42,3 faiz artıb

Ölkədə əmək haqqı fondu 42,3 faiz artıb

Aktual

13 Yanvar 2020, 23:55

“2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayı 153 min ədəd artıb. Bu artımın 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.”.

Modern.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə məlumat verib.

Nazir qeyd edib ki, orta aylıq əmək haqqında da artım olub: "Aparılan islahatlar hesabına ötən il ölkədə əmək haqqı fondu 42,3 faiz artıb. Orta aylıq əmək haqqında isə 52 faiz artım baş verib”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı