Modern.az

Beynəlxalq jurnalist təşkilatı Misiri qınadı

Beynəlxalq jurnalist təşkilatı Misiri qınadı

Current

16 Yanvar 2020, 15:30

Küresel Qazeteciler Konseyi beynəlxalq jurnalist təşkilatı Misirdə Türkiyənin “Anadolu” Agentliyinin redaksiyasına olan basqını pisləyən bəyanat yayıb.

 

Türk və ingilis dillərində yayımlanan bəyanatda Misirdə yaşananlar “rüsvayçılıq və acizlik” kimi qiymətləndirilib.

 

Küresel Qazeteciler Konseyi rəhbəri Mehmet Ali Dim Misirdə Anadolu Agentliyinin Qahirə ofisinə təşkil edilən basqın və əsassız saxlanılmaları qınayıb.

 

Mehmet Ali Dim həm türk, həm də ingilis dilində yayımladığı qınama mesajında “Çevrilişçi general Sisinin idarə etdiyi Misirdə  Anadolo Agentliyinin Qahirə ofisinə basqın edən polisin biri türk olmaqla dörd agentlik işçisini heç bir əsas irəli sürmədən saxlaması tam bir rüsvayçılıq və acizlikdir. Bu qanunsuz hadisəni şiddətlə qınayırıq” deyib.

 

Əfsanə ŞƏRİF

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı