Modern.az

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb

Aktual

6 Fevral 2020, 14:13

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı