Modern.az

Rusiya və NATO generalları Bakıda görüşdü

Rusiya və NATO generalları Bakıda görüşdü

Current

6 Fevral 2020, 18:58

Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə böhranlı regionlardakı vəziyyət və strateji sabitlik barəsində fikir mübadiləsi aparılıb.

 

Bundan başqa, tərəflər arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı