Modern.az

Rövşən Rzayevdən Avropa Parlamentinə etiraz

Rövşən Rzayevdən Avropa Parlamentinə etiraz

مورد توجه

29 May 2012, 14:14

Milli Məclisin yaz sesiyasının bugünkü iclasında müzakirələr zamanı çıxış edən deputat Rövşən Rzayev bildirib ki, Avropa Parlamentinin mayın 24-də çıxardığı qətnamə heç bir məntiqə sığmır. Deputatın sözlərinə görə, bu qətnamədə Ermənistan işğalı nəticəsində pozulan insan haqları məsələsinə toxunulmayıb.
R.Rzayev deyib ki, Azərbaycanda qaçqın və köçkünlər ən çox haqqı tapdanan insanlardır, Ermənistan 20 ildir ki, bu insanların bütün hüquqlarını pozub. Ancaq Avropa Parlamentini həmin insanları qaçqın və köçkünlərin hüquqlarının pozulması maraqlandırmır.
”Niyə 1 milyona yaxın insanın hüquqları pozulub, buna toxunulmayıb?".

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı