Modern.az

İsa Qəmbər İvanişviliyə “Qafqaz Evi” yaratmağı təklif etdi

İsa Qəmbər İvanişviliyə “Qafqaz Evi” yaratmağı təklif etdi

Aktual

5 Oktyabr 2012, 10:18

Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş “Gürcü arzusu” blokunun rəhbəri Bidzina İvanaşvilini seçkilərdə qalib gəlmələri münasibətilə təbrik edib. Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı təbrikdə deyilir ki, “Gürcüstan xalqının ölkənizdə azad, firavan və demokratik cəmiyyətin qurulması istiqamətində apardığı ardıcıl və fədakar mübarizəsini rəğbətlə izləyir, bu sahədə qazandığınız uğurlara ürəkdən sevinirik.  Beynəlxalq müşahidəçilərin, o cümlədən Azərbaycandan olan və Müsavat Partiyasının üzvlərindən təşkil edilən müşahidə qrupunun verdiyi məlumatlar bir daha təsdiq edir ki, seçkilərin nəticələri Gürcüstan xalqının iradəsini ifadə edir. Hesab edirik ki, bu amil Sizin qələbənizin Gürcüstan və region üçün əhəmiyyətini daha da artırır”.

“Ümidvarıq ki, Sizin Tiflisdə 29 sentyabr 2012-ci ildə keçirilən möhtəşəm mitinqdə bəyan elədiyiniz kimi, gürcü xalqı burada yaşayan digər xalqlarla birlikdə bütün regiona nümunə ola biləcək azad, demokratik cəmiyyətin qurulması amalına nail olacaqdır. Həmçinin inanırıq ki, bu seçkilərdən sonra Azərbaycanla Gürcüstan arasında iqtisadi və siyasi sahədə əməkdaşlıq daha da dərinləşəcək, bütövlükdə Qafqaz regionunun demokratikləşdirilməsi, hələ 100 il əvvəl Müsavat Partiyasının və gürcü demokratlarının bəyan etdiyi “Qafqaz evi” ideyasının gerçəkləşməsi və Avropaya inteqrasiyası  istiqamətində birgə səylər artırılacaqdır”-deyə İ.Qəmbər qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı