Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) maşinist peşəsi üzrə işçi axtarır. Bu barədə Modern.az-a ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, ARDNŞ-nin İnsan Resursları Departamenti şirkətin strukturuna daxil olan müəssisə və təşkilatlara təcili olaraq kran maşınisti (tırtıllı, pnevmotəkərli, avtomobil, korpülü), buldozer maşınisti, borudüzən maşınisti, yükləyici, qaldırıcı, beton-nasos qurğuları və daşkəsən maşınları idarə edən maşinist peşələri üzrə işçilər tələb olunur. Maraqlanan şəxslər özləri haqqında məlumatları (CV) ARDNŞ-nin İnsan Resursları Departamentinə (Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32A) təqdim edə və yaxud [email protected] elektron-poçt ünvanına göndərə bilərlər. İşə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Uyğun namizədlər praktik bilik və bacarıqlarının yoxlanılması üçün peşə sınaq imtahanı və fərdi müsahibədən sonra ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda müvafiq işlə təmin olunacaq.