Modern.az

Rəsmi Bakı Uruqvaya nota göndərib

Rəsmi Bakı Uruqvaya nota göndərib

Güncel

14 Noyabr 2012, 12:49

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN)  Uruqvay parlamentinin spikerinin Azərbaycanın işğal olunan  ərazilərinə qanunsuz səfər etməsi ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib. Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  məlumat verib.

Nazirlik rəsmisi qey edib ki, Uruqvaydan olan bəzi deputatların səfərləri gərginliyi artırmaqdan başqa heç nəyi dəyişdirmir. Bunların arxasında erməni qüvvələri dayanır və onlar danışıqlar prosesinə ziyan vururlar. Ermənistanda anlayırlar ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa qadirdir, lakin hazırkı mərhələdə münaqişənin dinc yolla həllinə sadiqdir. Azərbaycan öz torpaqlarını qaytarmaq iqtidarındadır:

“Uruqvay separatçı "Dağlıq Qarabağın müstəqilliyini" tanıyacaq ilk ölkələrdən biri ola bilər. Xankəndidə Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvü, Uruqvay parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Ruben Martinos Uelmo bildirib. Bu barədə ARKA xəbər verir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı