“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda keçirilən jurnalist müsabiqəsi yekunlaşıb. Modern.az xəbər verir ki, sabah Dövlət Sosial Müdafiə Fondunda qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:
Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Televiziya və radio kanallarında verilmiş ən yaxşı tele-radio verilişləri və telesüjetlər üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000 manat məbləğində.
Modern.az