Modern.az

Nazir avropalı nümayəndələrlə əməkdaşlığı müzakirə edib - FOTO

Nazir avropalı nümayəndələrlə əməkdaşlığı müzakirə edib - FOTO

Aktual

28 Noyabr 2012, 18:48

Noyabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəsmisi Frederika Bernanı və Aİ-nin 2014-2017-ci illər üzrə yardım proqramlarının hazırlanması məsələlərini müzakirə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin proqramlaşdırma missiyasının nümayəndələri Yurgen Kettneri, Federiko Biroççini, Serena Vitaleni və Pyer Durmanı qəbul edib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, təşkilatla birgə icra olunan layihələrin ölkəmizdə sosial müdafiə sisteminin, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərə fəal dəstək verdiyi bildirilib.
Qeyd olunub ki, yeni proqramlaşdırma çərçivəsində 2017-ci ilədək Aİ-nın yardımlarının yönələcəyi prioritet sahələri müəyyən edəcək uzunmüddətli Vahid Yardım Çərçivəsinin qəbul olunması nəzərdə tutulur. Vahid Yardım Çərçivəsinin Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının prioritetlərinə uyğun hazırlanmasına xüsusi diqqət yetirilir. Aİ-nin yeni proqramlaşdırmasiyasəti yardım proqramlarının daha səmərəli istiqamətləndirilməsini tələb edir və bunun üçün hökumətlə birgə üç əməkdaşlıq sahəsinin seçilməsi məqsədəuyğundur.

Görüş zamanı sosial müavinətlərin unifikasiyası, aktiv sosial yardım proqramlarının tətbiqi, həmçinin güzəştli sosial kreditləşmə sahəsində Aİ ölkələrinin təcrübəsinin öyrənilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması, texniki əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə olunub. Sosial cəhətdən həssas əhali qrupları, o cümlədən, əlilliyi olan şəxslərin cəmiyyətə aktiv inteqrasiyası, onların məşğulluq imkanlarından və sosial infrastrukturdan maneəsiz istifadəsinə şərait yaradılması, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya şəbəkəsinin qurulması və s. sahələrdə ən yaxşı təcrübəyə malik Aİ ölkələri ilə əməkdaşlıq və tərəfdaş təşkilatların iştirakı ilə sınaq layihələrin icrası məsələləri ətrafında da müzakirələr aparılaraq, rəy və təkliflər irəli sürülüb.

 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı