Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi Gəncə şəhər İcra Hakimiyyətinin texniki dəstəyi ilə “Gəncəmizi yaşıllaşdıraq” aksiyasına start verdi.
Gənclərin ekoloji təşəbbüslərinin artırılmasına kömək edilməsini və mövcud yaşıllıqların qorunmasında onların rolunun artırılmasını nəzərdə tutan aksiyada 100-ə yaxın gənc iştirak edib. Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında keçirilən yaşıllaşdırma aksiyasında gənclərlə yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Nizami Hacıyev və digər dövlət qurumlarının rəhbərləri iştirak edib.
Modern.az