Azərbaycanda ilk dəfə olaraq jurnalistlərin işdən kənar əyləncəsini və birgə ictimai fəaliyyətini təşkil edən “Mətbuat qeyri-rəsmi qrupu” indi də media nümayəndələri arasında intellektual “mafiya oyunu” təşkil edir.
Oyun 1 dekabr tarixində Bakıdakı klubların birində baş tutacaq. Bu barədə Modern.az saytına “Mətbuat qeyri-rəsmi qrupu”dan veriblər.
Təxminən 3-4 saat davam edəcək oyunun ardınca mətbuat nümayəndələri üçün işdən sonra maraqlı axşam təşkil olunacaq. 30-a yaxın jurnalistin qatılacağı oyuna müxtəlif media orqanlarından nümayəndələr iştirak edəcək. Bura “Xəzər” TV, “Lider” TV, “İctimai” TV, ANS TV, AzTV, “Cənub” TV, “Səs” TV, MuzTV-nin, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az xəbər saytlarının, “Gündəlik teleqraf”, “Baku Post”və digər qəzetlərin əməkdaşları daxildir. Bundan başqa tədbirə müstəqil yazarlar və jurnalistlər də iştirak qatılacaqlar.