Modern.az

16 dekabrın proqnozu verilib

16 dekabrın proqnozu verilib

مورد توجه

15 Dekabr 2012, 15:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir.
Mülayim şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 16-da hava şəraitinin fasilərlərlə yağıntılı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə dekabrın 18-dək ölkə ərazisində soyuq, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı