Modern.az

Azərbaycanla Ermənistan arasında anklavlar PROBLEMİ

Azərbaycanla Ermənistan arasında anklavlar PROBLEMİ

Aktual

27 Dekabr 2021, 12:00

“Azərbaycanla Ermənistan arasında anklavlar məsələləri var, bunu heç kim inkar etmir”.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, anklavlar məsələsinin hansısa formada həlli vacib məsələdir.

“Anklavlar məsələsinin sərhədlərin delimitasiyası zamanı həll edilməsi vacibdir. Böyük ehtimal ki, bu, qısamüddətli proses olmayacaq. Bu istiqamətdə sistemli və davamlı işin aparılması vacibdir”, - deyə Ceyhun Bayramov deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı