Modern.az

Qazaxıstanda vəziyyət nəzarət altına alınıb

Qazaxıstanda vəziyyət nəzarət altına alınıb

Aktual

10 Yanvar 2022, 10:18

Ölkədə baş verən iğtişaşlardan sonra Qazaxıstanda vəziyyət sabitləşib və nəzarət altındadır.

 

Modern.az xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

"Yanvarın 10-na olan məlumata görə, Qazaxıstan Respublikasında vəziyyət sabitləşib və nəzarət altındadır. Terrorçuluğa qarşı mübarizə üzrə respublika və regional operativ qərargahın mövqeyindən terror təhlükəsi mərkəzləri zərərsizləşdirilib. Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərləri terrorçulardan azad edilib”.

 

Rəsmi məlumata görə, xüsusilə mühüm, strateji obyektlərin, silah və sursatların saxlandığı yerlərin mühafizəsi də təmin edilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı