Modern.az

BDU-da həmrəylik... – FOTO

BDU-da həmrəylik... – FOTO

Aktual

29 Dekabr 2012, 16:45

Bu gün Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Rektor deyib ki, bu gün Prezident İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənmiş, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər. Ötən ildə  respublikamız bütün sahələrdə böyük uğurlar əldə etmiş, iqtisadi inkişaf dinamikasına görə dünyanın aparıcı dövlətlərindən birinə çevirmiş, beynəlxalq nüfuzu yüksəlmiş, elmdə, təhsildə, idmanda, mədəniyyətdə möhtəşəm nailiyyətlərə imza atmışdır.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edib, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edib.

Tədbir bədii hissə ilə başa çatıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı