Modern.az

Bakıda restoranı od bürüdü

Bakıda restoranı od bürüdü

Aktual

6 Fevral 2022, 10:23

Bakıda restoranların birində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Belə ki, Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı