Kiyevdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimr Zelenski ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Tərəflər son zamanlar artan Ukrayna və Rusiya gərginliyini müzakirə edəcəklər.
Qeyd edək ki, görüşün sonunda prezidentlər mətbuata açıqlama ilə çıxış edəcəklər.