Modern.az

Daha 4 terrorçu zərərsizləşdirildi

Daha 4 terrorçu zərərsizləşdirildi

Güncel

13 Fevral 2022, 14:18

İraqın şimalında PKK terror təşkilatının 4 üzvü zərərsizləşdirilib.

 

Modern.az-ın xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, İraqın şimalında “Pəncə Şimşək” (Pençe Şimşek) əməliyyatı bölgəsində təsbit edilən 4 PKK terrorçusu atəşə dəstək maşınları vasitəsilə zərərsizləşdirilib.

 

Ölkədə terrorla mübarizə davam edir.

 

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən Siirtdə 545 nəfərlik heyətin iştirakı ilə “Eren Kış-24 şəhid jandarma ehtiyat zabiti çavuş Erkan Yalçın” əməliyyatı başlayıb.

 

Nazirlikdən verilən açıqlamada qeyd olunub: “Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən “Eren” qış əməliyyatları uğurla, xalqımızın dəstəyilə, sədaqətlə və qətiyyətlə davam edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı