Modern.az

Putindən xəbərdarlıq: Heç kim bizə mane olmasın!

Putindən xəbərdarlıq: Heç kim bizə mane olmasın!

Güncel

24 Fevral 2022, 09:27

“Rusiyaya birbaşa hücum, potensial təcavüzkarın darmadağın edilməsi və onun üçün dəhşətli nəticələrə gətirib çıxaracaq. Buna heç kimin şübhəsi olmasın".

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

 

Putin eyni zamanda, dünya ölkələrinə xəbərdarlıq edib:

 

“Kimsə bizə mane olmağa, xüsusən ölkəmiz üçün, xalqımız üçün təhlükə yaratmağa çalışsa, bilməlidir ki, Rusiyanın cavabı özünü gözlətməyəcək və tarixinizdə hələ heç vaxt rastlaşmadığınız nəticələrə gətirib çıxaracaq. Biz hadisələrin hər cür inkişafına hazırıq və bu barədə lazım olan bütün qərarlar qəbul edilib. Ümid edirəm, sözlərimi eşidəcəklər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı